TED haqqında

TED Yayılmağa Dəyər Fikirlərə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. 30 il əvvəl Kaliforniyada dörd günlük konfrans olaraq başlayan TED, öz missiyasını dəstəkləmək üçün çoxsaylı təşəbbüskarların sayəsində inkişaf etmişdir. İldə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfranslarda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, eyni zamanda gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır. Bu çıxışların bir çoxu daha sonra TED.com saytında pulsuz olaraq yayımlanır. TED məruzəçilərinə Bill Gates, Jane Goodall, Elizabeth Gilbert, Sir Richard Branson, Nandan Nilekani, Philippe Starck, Ngozi Okonjo-Iweala, Sal Khan və Daniel Kahneman daxildir.
Hər il TED Konfransı Britaniya Kolumbiyasının Vankuver şəhərində yaz ayında keçirilir. TED-in media təşəbbüskarlarına hər gün yeni TED çıxışlarının yerləşdirildiyi TED.com saytı; Altyazı və interaktiv transkriptləri, habelə dünyada könüllülərin tərcümələrini təqdim edən Açıq Tərcümə Layihəsi və təhsil təşəbbüsü olan TED-Ed daxildir. TED illik TED mükafatını təsis edib və burada dünyanı dəyişdirmək istəyi olan müstəsna şəxslər istəklərini həyata keçirmək üçün kömək alırlar; Dünyada yerli, müstəqil təşkil olunmuş TED tərzli tədbirləri, TED Fellows proqramını və fərdi və ya qrupları ev sahibliyi etməyə dəstəkləyən TEDx, dünyadakı dəyişən yenilikçilərə əlamətdar layihələri və fəaliyyətlərinin təsirini artırmaqda kömək edir.

Twitter-də https://twitter.com/TEDTalks -də və ya Facebook-da https://www.facebook.com/TED -də TED-i izləyin.

TEDx haqqında, x = müstəqil təşkil olunmuş tədbir

TEDx TED`in “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmışdır. TEDx insanları TED-ə bənzər təcrübəni paylaşmaq üçün bir yerə toplayan yerli və müstəqil təşkil olunmuş layihədir. TEDx tədbirində canlı spikerlər və TED videoları birlikdə fərdləri və qurumları əlaqə qurmağa və dərin müzakirələrə təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu yerli, müstəqil təşkil olunmuş layihələr TEDx markası altındadır, burada x = müstəqil təşkil olunmuş TED layihəsi deməkdir. TED Konfransı TEDx proqramı üçün ümumi standartlar təmin edir, lakin fərdi TEDx tədbirləri müstəqil təşkil olunur. (Müəyyən qaydalara uyğun olaraq.)

TEDx haqqında daha çox məlumat əldə etmək üçün TEDx proqramını ziyarət edin.